Close

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisi zamanı ölüm hadisəsi baş verib.

TNS "Unikal"a istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən mərasim zalının önündə baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Bəhramova Solmaz Abdulla qızı yas məclisində iştirak edən zaman ölüb. Qəfil ölümün səbəbi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.