Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub - YENİLƏNİB - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə TNS-ə nazirlikdən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
17:06
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini Tərtər çayında boğulub.
TNS-in yerli müxbirinin xəbərinə görə, Ağdam rayon sakini 2010 - cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələ ki, onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayın sahilinə yaxın olan şadlıq saraylarından birində toyda iştirak edib.
Faktla bağlı araşdırma aparılır.