Close

Masallıda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB

Hadisə ilə bağlı daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-dən TNS-ə bildirilib ki, Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

15:01

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TNS Report-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Tayota Prado” markalı avtomobil Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə, ilkin məlumata görə, bir azyaşlı ölüb. Avtomobildə olan digər sərnişinlər arasında da ölən və yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.