Close

Azərbaycanda sex yanıb - VİDEO + YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.

14:29

Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən mlumata görə, zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

13:40

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verib.

TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

WhatsApp_Image_2025-05-09_at_14-23-02

WhatsApp_Image_2025-05-09_at_14-23-01