66 yaşlı kişi dirəyə çıxmışdı - Yıxılaraq öldü
13
10:29 - 09 May 2025

Beyləqanda 66 yaşlı kişi elektrik dirəyindən yıxılaraq ölüb.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə ötən gün rayonun Kəbirli kəndində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Murtuzəli İsmayılov yaşadığı evin yaxınlığında elektrik dirəyində təmir işi görərkən yıxılıb. Hadisə nəticəsində M.İsmayılov aldığı zərbədən hadisə yerinə həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.