Avtomobil 10 yaşlı qızı vuraraq öldürüb
10
18:40 - 07 May 2025

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
A.Əlili idarə etdiyi "VAZ" markalı avtomobillə kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.