Close

10:46
11 May 2025
10:30
11 May 2025

Lənkəranda balıqçını "tok" vurub öldürdü

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.

TNS xəbər verir ki, hadisə rayonunun Velədi kəndi ərazisində baş verib.

Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.