Qəzalarda 111 piyada öldü - 6-sı uşaqdır
7
12:35 - 07 May 2025

Ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib.
TNS xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.