Naxçıvanda şəhid atası adı ilə dələduzluq edirmiş - FOTO
17
10:35 - 07 May 2025

Silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb.
TNS xəbər verir ki, o, DİN-ə daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə tutulub.
Rizvan Qafarovun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. O, insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim edib. Faktlarla bağlı araşdırma aparılır.
Bildirilib ki, R.Qafarovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.