Close

Yasamal rayonunda ev yanıb - YENİLƏNİB - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

18:20

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində mənzildə yanğın baş verib.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xialetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.