Close

Ağdaşda avtomobil tələbəni vuraraq öldürüb

Ağdaşda avtomobil piyadanı vurub.

TNS xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.