“Ağ Şəhər”də fəhlə faciəvi şəkildə öldü
14
13:09 - 06 May 2025

"Ağ Şəhər"də fəhlə hündürlükdən yıxılaraq ölüb.
TNS "Unikal"a istinadla xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində baş verib. Belə ki, Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə-Kürdəmir rayon sakini, 1960-cı il təvəllüdlü Elman Umudov 2-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.