Close

15:11
06 May 2025

19 gündən sonra yenə su basdı - VİDEO

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilər subasmaya məruz qalıb. 

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Xatırladaq ki, hazırda subasmaya məruz qalan Sabunçu rayonu ərazisindəki tuneldə ötən ilin oktyabrında yağan yağışlar nəticəsində iki nəfər boğularaq ölmüşdü. Bundan başqa, apreldə yağan leysan xarakterli yağışlarda da buranı da su basmışdı.