Sumqayıtda top mərmisi tapıldı
3
09:30 - 06 May 2025

Sumqayıtda top mərmisi aşkarlanıb.
TNS “Report”a istinadla xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsi, Kərim Kərimov küçəsində 1 ədəd 100 mm-lik top mərmisi, şəhərin 18-ci məhəllə ərazisində “İJ-17” markalı tək lüləli ov tüfəngi tapılıb.
Silah-sursatlar aidiyyatı üzrə təhviı verilib.
Faktla bağlı araşdırma aparılır.