Azərbaycanın 2 şəhərində əməliyyat - Saxlanılanlar var
21
12:54 - 05 May 2025

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
TNS xəbər verir ki, daxil olan məlumat əsasında Bakı və Sumqayıt şəhərlərində keçirilən əməliyyat nəticəsində 34 yaşlı M.Rəhimov, 25 yaşlı F.Hüseynzadə və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 27 yaşlı Ə.Atakişiyev saxlanılıb.
Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və 22 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.