Xaçmazda minik avtomobili aşıb, yaralananlar var
6
18:40 - 04 May 2025

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.