Close

Bir gündə 3-cü intihar

Qubada intihar hadisəsi olub.

TNS Lent.az-a istinadla xəbər verir ki, hadisə səhər saat 7 radələrində Qalayxudat kəndində baş verib.

Kənd sakini, 36 yaşlı Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bu gün Abşeronda və Şəmkirdə də intihar hadisəsi baş verib.