Close

Ağcabədidə ağır yol qəzası olub, ölənlər var - FOTO

Ağcabədidə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in verdiyi xəbərə görə, hadisə rayon ərazisində baş verib.

Minik maşınının traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Salyan rayonu sakini, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və sərnişini, Qazax rayon sakini, 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

31786826-83d0-432a-a3e8-665aff7b2bdc

02dd546c-98f0-41d2-893e-f197b4b6d178