Azyaşlı dərmandan zəhərlənərək öldü

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
TNS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.
TƏBİB-dən bildirilib ki, aprelin 28-də saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü ( kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.
"Valideynlərinin dediyinə görə, həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 28.04.2025-ci il tarixində saat 21: 45-də ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.