Close

Sumqayıtda su sayğaclarını oğurlayanlar saxlanıldı - FOTO

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı Amid Məhərrəmov, 33 yaşlı A.İskəndərova və bacısı 31 yaşlı S.İskəndərova tutulublar.

Onlar saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

17458464774614411044_1200x630

17458464773799555778_1200x630

17458464771729623587_1200x630