Close

Lökbatan yolunda qəza: ölən var

Bakı-Qazax magistralının Lökbatan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

TNS Oxu.Az-a istinadla xəbər verir ki, "Avatr" və "Mercedes-Benz" markalı minik avtomobilləri toqquşaraq yol kənarındakı dəmir maneəyə çırpılıblar.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Həmin istiqamətdə isə nəqliyyatın hərəkəti çətinləşib.