İki avtomobil toqquşdu - 6 yaralı var - YENİLƏNİB

Samuxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.
Xəsarət alanlar Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyevadır.
Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
14:12
Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.
TNS "Report"a istinadla xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol qəzası nəticəsində, Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev və bir qadın, 2 uşaq xəsarət alıb. Onların vəziyyətləri kafi qiymətləndirilir.
Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.