Close

Ağdaşda ağır qəza - Ölən var

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

TNS xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşublar. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.