Close

Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

İmişlidə dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb.

Bu barədə TNS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində 1 tapança və 407 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.

Araşdırma aparılır.