Close

15:40
26 Aprel 2025

Küçədə çobanın meyiti tapıldı

Ağdaşda kənd ərazisindən meyit tapılıb.

TNS lent.az-a istinadən xəbər verir ki, hadisə Kükəl kəndində qeydə alınıb.

Kənd sakini olan 45 yaşlı Elnur Mənsur oğlu Abdullayevin meyiti küçədə aşkarlanıb. Məlumata görə, mərhum örüşdə heyvan otarırmış.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır.