Close

Mikroavtobus qəzaya uğradı: yaralılar var

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.

TNS xəbər verir ki, hadisə Şamaxı - Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.

Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qəzanın başvermə səbəbləri və digər təfərrüat araşdırılır.