Close

Lənkəranda evə ildırım düşüb: yanğın olub

Lənkəranda evi ildırım vurub.

TNS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.

Kənd sakini, 1963-cü il təvəllüdlü Şahan Hüseynova məxsus iki mərtəbəli, dörd otaqlı evə ildırım düşəndən sonra yanğın başlayıb.

Yanğının qarşısı alınıb. Sakinlər deyib ki, ildırım əvvəl həyətdə olan dirəyi vurub, dirəyə bağlanan naqil vasitəsilə evə keçib.

Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibinin Rusiyada yaşadığı bildirilir.680a0e002e8d6680a0e002e8d7174548940749b66f625c563e33eaf08b4226420bb9