Lerikdə mikroavtobus aşıb: ölən və yaralananlar var
7
12:11 - 24 Aprel 2025

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.