Close

11:07
25 Aprel 2025
09:50
25 Aprel 2025

Kürdəxanıdakı yanğın söndürülüb- FOTO - YENİLƏNİB

Kürdəxanı qəsəbəsindəki obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə TNS-ə FHN-in mətbuat xidmətindən mıəlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2000 kvadratmetr olan istixana kompleksinin inzibati binası 560 kvadratmetr sahədə yanıb.

İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.

11:38

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

TNS xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

10:19

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.

TNS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

bb144301-32ec-468c-80e9-e6220a9e9d37

fhn_yangin_240425_5