Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı
18
20:00 - 23 Aprel 2025

Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.
TNS-in məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir.
Hazırda yol ötürücüsü bağlanıb.