Mingəçevirdə 3 otaqlı ev yanıb
11
18:50 - 23 Aprel 2025

Mingəçevirdə 3 otaqlı ev yanıb.
Bu barədə TNS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.