Şamaxıda 72 yaşlı kişi dağdan yıxılaraq ölüb
20
18:11 - 23 Aprel 2025

Şamaxıda dağda bitki yığan 72 yaşlı kişi yıxılaraq ölüb.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quşçu kəndində baş verib.
Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Xəlilov Sabir Səfər oğlu dağda çaşır yığan zaman yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı