Close

Hərbçimizin meyiti kanaldan tapıldı - FOTO

Ötən gün Bərdə rayon Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.

TNS Unikal.az-a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusudur. O, gizir rütbəsində xidmət edirdi.

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

photo_2025-04-23_17-20-14 photo_2025-04-23_17-19-55