Bu ərazidə qəza oldu - Tıxac yarandı - FOTO
53
16:36 - 22 Aprel 2025
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın qısa müddət ərzində aradan qaldırılması üçün qəzada iştirak edən avtomobillərin yoldan evakuatorla kənarlaşdırılması işləri aparılır.

