Close

Cəlilabadda faciə: 8 yaşlı uşaq hasarın altında qaldı

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

TNS-in məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.