Azərbaycanlı FIDE hakimi vəfat edib - FOTO
25
17:50 - 21 Aprel 2025

Şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi, qadınlar arasında Azərbaycan çempionu və Beynəlxalq Şahmat Federasiyasının (International Chess Federation - FIDE) hakimi Təranə Səidova vəfat edib.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Təranə Səidova 55 yaşında dünyasını dəyişib.