Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025

Ailənin 4 üzvü dəm qazından boğularaq öldü

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

TNS Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü -Tağızadə Rüfət Mais oğlu,
onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirir.