Close

Bakının mərkəzindəki güclü yanğın söndürüldü - FOTO/VİDEO + YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

FHN-in Mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

13:10

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

12:08

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində güclü yanğın başlayıb.

TNS-in hadisə yerindəki əməkdaşının xəbərinə görə, hadisənin baş verdiyi ərazidəki çoxmərtəbəli binaların sakinləri təxliyə edilir.

Yanğınla əlaqədar Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının qarşısını almağa çalışır.