Sumqayıtda ticarət mərkəzi yandı - YENİLƏNİB
17
23:14 - 19 Aprel 2025

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
TNS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
22:01
Sumqayıt şəhərində ticarət mərkəzində yanğın başlayıb.
TNS xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.