Mingəçevirdə ət kombinatı ərazisində yanğın
24
                19:27 - 19 Aprel 2025
             
            Mingəçevirdə ət kombinatı ərazisində yanğın olub.
TNS xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən və hazırda fəal istismar olunmayan kombinat ərazisində baş verib.
Hadisə yerinə çatan yanğınsöndürmə briqadasının çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.
Məlumata görə, yanğın soyuducunun yerləşdiyi hissədə qeydə alınıb. O da daxil bir neçə kvadrametrlik ərazidə olan əşyalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    