Close

14:24
19 Aprel 2025
12:53
19 Aprel 2025

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən TNS-ə verilən məlumata görə, aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilmişdir.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

68025ab3250c968025ab3250ca174498475568025ab3250c768025ab3250c8

68025ab32c12468025ab32c125174498475568025ab32c12268025ab32c123

68025ab31d78e68025ab31d78f174498475568025ab31d78c68025ab31d78d

68025ab33257a68025ab33257b174498475568025ab33257868025ab332579