Bakı-Quba yolunda qəza, ölən var
12
14:51 - 18 Aprel 2025

Bakı-Quba yolunda qəza baş verib.
TNS APA-ya istinadla xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.
Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanmış Namiq Məhərrəmova məxsus “DAF” markalı yük avtomobilin qoşqusuna çırpılıb.
Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.