Yaşayış binasında yanğın olub
14
23:20 - 17 Aprel 2025

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən məlumata görə, Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin eyvanında dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.