Close

22:41
18 Aprel 2025

Bakıda dəhşətli faciə: həyat yoldaşının başını kəsən şəxs intihar etdi

Bakıda ailə-məişət zəminində dəhşətli cinayət törədilib.

TNS xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda qeydə alınıb.

Belə ki, bu gün Yasamal rayonu, general Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında yaşayan Burhan Məmmədov adlı şəxs səhər saatlarında yaşadığı evdə arvadı Xumar Məmmədovanın başını kəsərək öldürüb.

Daha sonra həmin şəxs axşam saat 22 radələrində başqa bir binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.