Selin ekskavatoru aşırması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.
Bu barədə TNS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır.
1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.