Suvarma arxı daşdı - Küçələri su basdı - FOTO
95
16:53 - 16 Aprel 2025

Suvarma arxının daşması nəticəsində küçələri su basıb.
İntensiv yağıntı nəticəsində Yevlaxın əkin sahələrinin suvarılması üçün istifadə edilən Havarlı suvarma arxı Mingəçevir şəhəri ərazisindən keçən hissədə daşıb.
Şəhər İcra Hakimiyyətindən TNS-in yerli müxbirinə verilən məlumata görə, arxın daşması nəticəsində bəzi küçələrə və 18 evin həyətyanı sahələrinə su dolub. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yaranmış fəsadlarların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Şəhərdə yağıntılı hava şəraiti davam edir.
Ziya Əmirxanlı