Close

22:41
18 Aprel 2025

Çay daşdı - Sakinlər təxliyə edildi

Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub.

TNS APA-ya istinadla xəbər verir ki, intensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel Şabran şəhərində fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.