Daha bir qəza, sürücü xəsarət aldı - FOTO
12
11:13 - 16 Aprel 2025

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in yerli müxbirinin xəbərinə görə, qəza rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Abbasov Yaşar idarə etdiyi "VOLQA" Qaz 3110 markalı "09 BK 067" dövlət nömrəli avtomobillə qarşıdan gələn rayonun Eyvazlı kənd sakini Tapdıqov Sərdara məxsus VAZ 2107 markalı "02 BZ 207" dövlət nömrəli avtomobili vurub. Nəticədə "VAZ"ın sürücüsü S. Tapdıqov müxtəlif dərəcəli xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.