Close

İki "Mersedes" toqquşdu - FOTOLAR + VİDEO

Füzulidə iki "Mersedes" markalı minik avtomobili toqquşub.

TNS-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun İkinci Zobucuq qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili qarşıdan gələn digər "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin biri yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

WhatsApp_Image_2025-04-15_at_15-58-24_2

WhatsApp_Image_2025-04-15_at_15-58-24_1