Ana kliniki ölüm keçirdi - Bətnindəki döl öldü
31
12:01 - 15 Aprel 2025

Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən ana son anda ayılıb, bətnindəki döl isə tələf olub.
TNS-in yerli müxbirinin məlumatına görə, hadisə ötən gün Ağdam Mərkəzi Rayon Xəstəxanasının əməliyyatxanasında baş verib.
Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızı anidən halı pisləşib və əməliyyat masasında kliniki ölüm keçirib. Həkimlərin köməkliyi sayəsində ana F. Yusifovanın həyatını son anda xilas etmək mümkün olub.
Bətnindəki döl isə ölüb. Hazırda F. Yusifovanın səhhəti duruma uyğun qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.